Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Viktoriya” (Çexiya) oyununun biletləri sabah - avqustun 14-ü saat 11:00-dan satışa çıxarılacaq.
"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.
Satış məntəqələri:
- Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11.00-dan 20.00-dək);
- "Iticket.az"ın satış məntəqələri ("iticket.az"da onlayn satış);
- "Park Bulvar"dakı “Qarabağ” FK-nın Fan-Şopunda (11.00-dan 20.00-dək), eləcə də "28 mall" və "Gənclik" mall ticarət mərkəzləri.