Asensio "Roma"nın hədəfində

15.08.2022 21:55 388
Dünya futbolu
"Roma" Madrid "Real"ının yarımmüdafiəçisi Marko Asensio ilə maraqlanır.

Football-plus.az
xəbər verir ki, "canavarlar" 26 yaşlı ispaniyalını bu yay "Tottenhem"ə keçə biləcək Nikolo Zaniolonun əvəzləyicisi kimi nəzərdən keçirir. Asensio 2015-ci ilin yayında "Real"a keçib. Onun hazırkı müqaviləsi 2023-cü ildə başa çatır.