Argentina millisinin üzvü "Roma"nın hədəfində

3.06.2022 12:06 440
Dünya futbolu
"Atletiko"nun yarımmüdafiəçisi Rodriqo De Paul "Roma"ya keçə bilər.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı futbolçunun transferində paytaxt təmsilçisinin baş məşqçisi Joze Mourinyo şəxsən maraqlıdır. Portuqaliyalı mütəxəssis argentinalını komandasına cəlb edərək yarımmüdafiə xətti ni gücləndirmək istəyir.

Argentina millisinin üzvünün "Atletiko" ilə 2026-cı ilə qədər müqaviləsi var.

Rodriqo De Paul "Atletiko"ya 2021-ci ildə "Udineze"dən keçib. Futbolçu geridə qalan mövsümdə La Liqada 36 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.