Asensio "Real"ı tərk edəcək? - Danışıqlar başladı

27.04.2022 15:27 528
Dünya futbolu
“Real” yarımmüdafiəçisi Marko Asensio ilə ilə müqaviləni yeniləyə bilər.

"Football-plus.az" xəbər verir ki, 26 yaşlı futbolçu əsas heyətdə düşməkdə çətinlik çəksə də, komandasını dəyişmək istəmir.

Asensionun yeni meneceri Jorje Mendeş sözləşmənin şərtlərini müzakirə etmək üçün “kral klubu”nun rəsmiləri ilə danışıqlara başlayıb. Hər şey klubun maliyyə təklifindən asılı olacaq. İspaniya millisinin üzvü başqa klubların da maraq dairəsindədir.