Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında 2-ci medalını təmin edib.
"Football-plus.az" xəbər verir ki, buna taekvandoçumuz Qaşım Maqomedov (58 kq) nail olub. O, Pakistan təmsilçisi Xan Haruna qalib gələrək yarımfinala yüksəlib. Maqomedov yarımfinala vəsiqə qazandığı üçün ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, Azərbaycan yarışda ilk medalını dünən qazanıb. Anna Skidan çəkicatma növündə bütün rəqiblərini qabaqlayaraq, qızıl medalın sahibi olub.