"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

12.08.2022 02:00 406
Konfrans Liqası
Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

"Neftçi" Avstriyada “Rapid”ə məğlub olub. Görüşdən sonra rəqibin baş məşqçisi Ferdinand Feldhoferin mətbuat konfransı keçirilib. Mütəxəssis oyun barədə fikirlərini bölüşüb:

“Kifayət qədər ağır oyun oldu. Matça Bakıda olduğu kimi yenə zəif başladıq. Lakin bu dəfə mənəvi gücümüzü hiss etdik. Hücumlar qurmağı bacardıq. Qapıya 30-a yaxın zərbə vurmuşuq”.

- Oyunun belə ağır keçməsinin səbəbi nədi?
- Həqiqətən çox qəliz oyun oldu. Lakin öz gücümüzü ortaya qoymağa çalışdıq. 30 zərbə bunun göstəricisidir. İki futbolçumuza meydana buraxaraq riskli qərar verdik. Ancaq bu, öz bəhrəsini verdi.

- Bugünkü mübarizə sizin gələcək matçlar üçün yanaşmanızda dəyişikliyə səbəb oldumu?
- Əlbəttə ki, bu, uzun bir boşluqdan sonra bizim üçün keçid mərhələsi oldu. Bir neçə futbolçumuz sıralarımıza qayıtdıqdan sonra oyunumuzu daha da yaxşılaşdırmalıyıq.

İLKİN SULTANLI, Vyana