"Neftçi"nin özünəməxsus oyun tərzi var" - "Rapid"in baş məşqçisi

10.08.2022 19:54 541
Konfrans Liqası
Sabah Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə "Neftçi" "Rapid"lə (Vyana) qarşılaşacaq.

Football-plus.az xəbər verir ki, bu gün rəqibin baş məşqçisi Ferdinand Feldhoferin mətbuat konfransı keçirilib. Mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- Komandanın ümumi durumu necədi?
- Güc sərf etməliyik. Pressinq tətbiq edib, qol şansları yaratmalıyıq. Orda boş verdiyimiz imkanlardan burda yararlanmalıyıq.

- "Neftçi" intensiv oyun sərgiləsə, qarşısını necə alacaqsınız?
- Hücuma üstünlük verəcəyik. Müxtəlif imkanları, standart vəziyyətləri dəyərləndirməyə çalışacağıq. Qeyri-adi vəziyyət olsa, buna uyğun da oyun quracağıq.

- Sabah sizin üstün tərəfiniz nədi?
- Ev oyunudu, rahatıq. Bundan istifadə edib, hücumlar qurmağa çalışacağıq.

-Bakıda 2:1 hesabı ilə uduzmusuz. Burda 2 qol bəs edəcəkmi?
- Ən azı 1 qol vurmalıyıq ki, növbəti tura keçmək şansı olsun. Bütün gücümüzü toplayıb, daha yaxşı nəticə əldə etməliyik. Rəqibin gücü bəllidi. Onların özünəməxsus oyun tərzi var.

- "Neftçi" Bakıda hücum futbolu sərgilədi. Burda həmin oyunun qarşısını necə almağı düşünürsüz?
- Ordakı səhvlərimizi nəzərə almışıq. Topu özümüzdə saxlayıb, rəqibin uzun reydlərin qarşısını almalıyıq. Səhvlərimizi konkretləşdirmişik. Çalışacağıq ki, imkanlarımızı dəyərləndirək.

İLKİN SULTANLI, Vyana