• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Markonun fikrincə, titul uğrunda mübarizə hələ bitməyib - MÜSAHİBƏ

İdman / Müsahibə

9-08-2022, 21:0

“Red Bull” şirkətinin avtoidman üzrə məsləhətçisi Helmut Marko son müsahibəsində dünya çempionatının yaya qədər olan hissəsinin yekunlarına toxunub, eləcə də rəqibləri haqda danışıb.

- Bir dəfə demişdiz ki, yay fasiləsinə 50 xal üstünlüyü ilə yollanmaq istəyirsiz. İndi Maks Ferstappenin Şarl Lekler üzərində üstünlüyü 80 xala bərabərdi. Titul uğrunda mübarizə artıq bitib?
- Belə deməyin. İrəlidə hələ 9 mərhələ var, 225 xalın taleyi bilinmir, üstəlik sprint və ən yaxşı dövrələrə görə xallar da var. Yox, özümüzü boş buraxmaq və əlimizi yanımıza salmaq haqqımız yoxdu.
- Ancaq yay fasiləsi ərəfəsində heç vaxt belə böyük fərq olmayıb. Yalnız Niki Lauda 1976-cı ildə - Nyurburqrinqdəki yanğına qədər oxşar üstünlük yaxalamışdı.
- Bəs həmin il titulu kim qazandı? Ceyms Hant! Yaxşı, başqa zamanlar idi. Müasir təhlükəsizlik səviyyəsini ötənlərdəki səviyyə ilə müqayisə etmək olmaz.
- Mövsümün əvvəlində elə təəssürat yaranırdı ki, “Ferrari” ilboyu dominantlıq edəcək. Möhtəşəm maşına malik olan komanda sonradan niyə bu qədər uduzdu?
- Onlar praktiki cəhətdən hər şeyi yanlış edir. Məsələn, Budapeşt mərhələsini götürək. Mövsümdə ilk dəfə təkərləri iş diapazonuna sala bilmədilər, ardından pit-stoplarda düzgün strategiya seçmədilər.
- Toto Volff əmin edirdi ki, “Ferrari” bütün təkərləri məşqlərdə xərcləyib qurtarıb, bu komandanın başqa seçimi yox idi...
- Belədə anlamıram ki, onlar Leklerin maşınına niyə köhnə təkərləri qoymadılar? Həmin təkərlər istənilən halda “hard”dan yaxşı olacaqdı. Nəticədə bu vəziyyətdən Toto və “Mersedes” ən yaxşı şəkildə yararlandı – 2-3-cü yerləri böyük qələbə kimi təqdim etdilər.
- Bu məqam sizi narahat edir?
- Sadəcə, Maks Ferstappenin çıxışının ədalətli şəkildə qiymətləndirilməsini istəyirəm. Təsnifat mərhələsində uğursuzluğa düçar olandan sonra 10-cu yerdən start götürdü və qalib gəldi. Halbuki belə hesab edirlər ki, həmin trassda arxadakı mövqelərdən mübarizəyə başlayan pilotun qələbə şansı yoxdu. Maks mübarizəyə ön mövqelərdən başlasaydı, başqalarından çox irəli çıxacaqdı.
- Maksın uğurlarının sirri nədədi?
- Biz Maksı 17 yaşında “Formula-1”ə dəvət edəndə böyük istedada malik olsa sa, çox impulsiv idi. Qələbələr sayəsində rahatlıq tapdı. Budapeştdə mübarizə başlayan kimi necə ötmə əməliyyatı etdiyini gördüzmü? Onda düşündüm ki, doğrudanmı həmin maşının sükanı arxasında oturan Maksdı? O öz rahatlığı ilə bütün komandanın işini asanlaşdırır.
- Bu mövsüm ötənilkindən daha çox xoşunuza gəlir?
- Bəli, nadir hallarda belə şən oluruq. Demək olar ki, hər həftəsonu məmnunluq gətirir. Bu mövsüm ötənilkindən ciddi şəkildə fərqlənir. Onda daim əsəb gərginliyi altında çalışmaq lazım gəlirdi. “Ferrari”nin belə çox səhvə yol verməsi, sadəcə, təəssüf doğurur. Onlar imkanlarından aşağı səviyyədə çıxış edirlər, yazığım gəlir. Ancaq yenə də təkrar edirəm ki, onların sürətli maşını var, mübarizəyə qayıdacaqlar.
- Herhard Berger belə hesab edir ki, “Ferrari” gözləmədiyi favorit rolunun öhdəsindən gələ bilmədi, bu üzdən səhvlərə yol verir. Belə nəzəriyyə ilə razılaşırsız?
- Tam məntiqli izahatdı.
- Berger onu da deyir ki, sizsiz “Red Bull Racing” komandasının bu qədər uğuru olmazdı...
- Berger vaxtında məni dinləsəydi, dünya çempionu ola bilərdi.
- Bəs Mik Şumaher “Formula-1”də qalmaq üçün kimi dinləməlidi?
- O, ötən illə müqayisədə işinin öhdəsindən yaxşı gəlir. Mik həmişə “Ferrari” proqramında olub, bu üzdən ona heç vaxt xüsusi diqqət yetirməmişəm.
- Sebastyan Fettelin “Formula-1”dən getmək qərarının səbəbini anlayırsızmı?
- Fettel bu vasvasılıqla komandamıza ideal uyğunlaşardı. İndi onun başqa prioritetləri var, maşını podiuma qalxmağa imkan vermir, bu üzdən belə qərar qəbul etməsi tam məntiqlidi. İşə bütün ürəyinizi qoymasaz, heç nəyə nail ola bilməzsiz.
- Fernando Alonso ilə bağlı durumda hər şey fərqlidi?
- O, çox sürətlidi. Yarışma qaydası mənim üçün mövsümün əsas sürprizidi. Hesab edirəm ki, o hələ də qələbə qazanmağa qadirdi, ancaq “Aston Villa”nın ona uyğun maşın verib-verməyəcəyi sual doğurur.
- Sonuncu sual “Red Bull Racing” ilə “Porsche”nin əməkdaşlığına aiddi. Niyə hələ də rəsmi bəyanat yaymamısız?
- Əvvəlcə mühərriklərlə bağlı reqlament təsdiqlənməlidi. Bundan sonra hər şeyi elan edə bilərik.

Paylaş:
Digər xəbərlər

İdman

1-04-2022, 18:0

“Red Bull” “Mersedes” yox, “Ferrari” ilə rəqabəti bəyənir

İdman

12-06-2022, 13:0

Binotto “Ferrari”nin hədəfini açıqladı

İdman

1-07-2022, 17:0

Pike irqçilik etdi, Hemiton cavab verdi

İdman

19-03-2022, 17:0

Marko “Mersedes”in səmimiliyinə inanmır

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə