6500 tamaşaçı tutumuna malik arenada 5500 azarkeş “boz qurdlar”ın oyununu izləyib ki, bunu da alqışalayiq olay kimi qəbul etmək lazımdı. Ancaq bu yerdə onu da qeyd etmək yerinə düşər ki, sözügedən arenada işıqlandırma sistemi ilə yanaşı, tablo da yoxdu. İşıqlandırma sisteminin olmamasını hardasa başa düşmək mümkündü. Bunun üçün yüksək maliyyə tələb olunur. Bəs tablo? Onun üçün də çox xərc tələb olunmur ki? Bir də maraqlıdı, tablosu olmayan stadiona premyer-liqa matçlarını keçirmək üçün PFL tərəfindən necə icazə verilib?
Bu suala cavab tapmaq üçün qurumun Texniki-İdman Şöbəsinin rəhbəri Elgiz Abbasovla danışmağı lazım bildik. Elgiz bəy “Football-plus.az” saytına açıqlamasında məsələyə belə münasibət bildirdi:
“Tovuz şəhər stadionundakı ümumi durumu, sadəcə, bir tablo ilə dəyərləndirmək olmaz. Şəhər stadionuna AFFA və PFL tərəfindən keçirilən ilkin baxışdan sonra 10-dan çox çatışmazlıq həllini tapıb. Bura otaqlardakı detallar, internet xəttlərinin çəkilməsi və yenilənməsi, yayınçı telekanal üçün şərhçi otağı, futbolçuların meydana çıxışda xüsusi dəhliz, media üçün VİP-loja və başqalrı daxildi. Tablo məsələsi tərəfimizdən klub rəhbərliyinin diqqətinə çatdırılıb. Bu məsələ klubun diqqətindədi. Yəni hər şey yüksək səviyyədə olan bir stadionda, sadəcə, bir tabloya görə oyun keçirməmək düzgün olmaz”.
RƏŞAD





