"Qarabağ" boşluqlardan ildırım sürəti ilə yararlanır" - Çerçesov

6.08.2022 10:33 506
Çempionlar Liqası
Macarıstanın "Ferentsvaroş" klubunun baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la Bakıdakı oyun (1:1) barədə danışıb.

"Football-plus.az" xəbər verir ki, klubun saytına açıqlama verən mütəxəssis bunları deyib:

"Cavab matçında daha diqqətli olmalıyıq. Bakıda gördük ki, "Qarabağ" təhlükəli hücumlar edir və boşluqlardan ildırım sürəti ilə yararlanır. Cavab qarşılaşmasına mümkün qədər yaxşı hazırlaşmaq üçün əlimizdən gələni edəcəyik. Möhtəşəm azarkeşlərimizin qarşısında mərhələ adlamaq üçün mübarizə aparacağıq".


Komandalar arasında cavab matçı avqustun 9-da Budapeştdə keçiriləcək.