"Football-plus.az" xəbrə verir k i, bu sözləri Macarıstan "Ferenstvaroş"unun baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la ilk oyun öncəsi Rusiya mətbuatına açıqlamasında deyib.
Rusiyalı mütəxəssis sonuncu dəfə Azərbaycanın paytaxtına 2010-cu ildə - İqor Ponomaryovun 50 illik yubileyi zamanı getdiyini bildirib:
"Bakı gözəl şəhərdi. Lakin biz təbii ki, indi gözəllik ruhunda deyilik. Cümə axşamı qayıtdıqdan dərhal sonra avqustun 9-na planlaşdırılan cavab oyununa hazırlaşacağıq. Macarıstan liqasında 2-ci tur oyunumuz təxirə salındığı üçün yaxın gələcəkdə bütün fikrimiz "Qarabağ"la oyunla bağlıdı".
Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20.00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya da yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 22.00) start veriləcək.




