“Şamaxı”nın yarımmüdafiəçisi Elvin Məmmədov klubun təqdimat mərasimində iştirak edib.
Football-plus.az xəbər verir ki, yay fasiləsində “Sumqayıt”dan transfer edilən 34 yaşlı futbolçu jurnalistlərə açıqlamasında düşərgədə ab-havanın yaxşı olduğunu söyləyib:
"Komandada əhval-ruhiyyə çox yaxşıdı. Yeni mövsümdə rəhbərliyimizi, azarkeşlərimizi sevidirmək istəyirik. Komandada əcnəbi futbolçunun olmaması yerli gənclərin oynaması üçün şansdır. Heyətimizdə 7 futbolçu var ki, U-21 yığmasında çıxış edir. Onlar böyüməlidi, bu yükü çiyinlərində daşımağı öyrənməlidirlər. “Neftçi” avrokuboklarda iştirak edən, illərin komandasıdı. Çətin olacaq, amma layiqli oyun göstərməyə çalışacağıq”.
RƏŞAD