Dünən "Dalğa Arena"nın köməkçi meydanında "Şamaxı"nın "Kəpəz" ilə yoxlama matçı baş tutdu. Qolsuz başa çatan oyunda Asim də şans qazandı.
Bununla bağlı gənc futbolçunun fikrini öyrəndik. Əlizadə "Football-plus.az" saytına bunları söylədi:
"Hər şey qaydasındadı. Artıq yoxlama matçında da oynadım. Bütün bacarığımı ortaya qoyub özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Əsas məqsədim mütəmadi oynamaq və "Şamaxı"nın əsas heyət üzvünə çevrilməkdi. Baş məşqçimiz Cavid müəllim gənc, enerjili və iddialı mütəxəssisdi. O, futbolçularla çox yaxşı ünsiyyət qura bilir. Çempionatda öz oyunumuzla diqqət çəkmək istəyirik. İnşallah, istədiyimiz oyun və nəticələrlə azarkeşlərimizi sevindirəcəyik".
ABDULLA İSMAYILOĞLU


