“Sumqayıt” toqolu hücumçu ilə müqavilə bağlayacaq - ÖZƏL

2.08.2022 21:32 560
Premyer-liqa / Manşet
İyulun 30-da Türkiyədən dönən “Sumqayıt” birgünlük istirahətin ardından dünən doğma şəhərdə məşqə çıxıb.

Kluba yaxın mənbədən əldə etdiyimiz məlumata görə, mövsümlərarası fasilədə heyətini 4 legionerlə - Stiven Pereyra, Damian Daniçiçi, Alya Ture, Rifat Nurmuqamet – gücləndirən “kimyaçılar” daha bir əcnəbi ilə müqavilə imzalayacaq.

Söhbət Ouro-Nile Turedən gedir. 31 yaşlı toqolu mərkəz hücumçusu mövqeyində çıxış edir. Son klubu Braziliya təmsilçisi “Assisense” olub.

RƏŞAD