De Yonq Mançesterə bir qədər də yaxınlaşdı

15.06.2022 14:00 418
Dünya futbolu
Frenki de Yonqun “Mançester Yunayted”ə transferi ehtimalı bir qədər də artıb.

Niderlandlı yarımmüdafiəçi İngiltərə klubu ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb. 25 yaşlı futboçunun keçidi üçün MY ilə “Barselona” arasında danışıqlar davam etdirilir. İspaniya nəhəngi Frenkiyə görə azı 80 milyon avro irəli düşmək istəyir. MY-nin qarşı tərəfə 60 milyon avro kompensasiya və 20 milyon avro bonus təklif etdiyi bildirilir.