"Barselona" daha bir oyunçusu ilə yollarını ayıra bilər

2.05.2022 19:51 658
Dünya futbolu
"Barselona" futbolçusu Frenki De Yonqla bu yay yolları ayrıla bilər.

"Football-plus.az" xəbər verir ki, Kataloniya təmsilçisi niderlandlı yarımmüdafiəçini 70 milyon avroya satmağa hazırdır.

Onunla "Mançester Yunayted"in maraqlandığı bildirilir. İngiltərə klubunun yeni baş məşqçisi Erik ten Haq komandanın oyununu "Barselona"nın yarımmüdafiəçisi ətrafında qurmağı planlaşdırır.

Qeyd edək ki, De Yonq bu mövsüm La Liqada 29 oyuna çıxıb, 3 qol vurub və 3 qolun ötürməsini verib.