"Neftçi" üçün potensial 7 rəqib

1.08.2022 14:42 403
Konfrans Liqası
"Neftçi"nin Konfrans Liqasının pley-off mərhələsindəki rəqiblərinin sayı azalıb.

Football-plus.az klubun saytına istinadən xəbər verir ki, "ağ-qaralar" 3-cü təsniaf mərhələsində Vyana "Rapid"ini keçəcəyi halda aşağıda adları qeyd olunan 7 komandadan biri ilə qarşılaşacaq:

"Nitsa” (Fransa)

“Hayduk” (Xorvatiya) - “Gimarayeş” (Portuqaliya) cütünün qalibi

“Vaduts” (Lixtenşteytn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi

“Vikinq” (Norveç) – “Sliqo Rovers” (İrlandiya) cütünün qalibi

Qeyd edək ki, pley-off mərhələsinin püşkü sabah atılacaq. Tədbir Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.