"Qarabağ" macarlara uduzsa ...

2.08.2022 15:19 603
Avropa Liqası
Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Football-plus.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15.00-da başlayan püşk zamanı "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubunun mümkün rəqibi də bəlli olub. Bu cütün məğlubu Avroliqanın pley-off mərhələsində "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu Avroliqada ilk oyununu evdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasının pley-offunun matçları 18 avqust və 25 avqust tarixlərində keçiriləcək.