"Qarabağ" "Ferentsvaroş"la Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa ciddi itkilərlə çıxacaq.
Football-plus.az xəbər verir ki, bu gün müayinə olunan Kevin Medinanın zədəsinin ciddi olduğu aydınlaşıb. O, bir ay meydana çıxmayacaq. Bu məlumatı klubun mətbuat katibi Gündüz Abbaszadə saytımıza açıqlamasında verib.
Qeyd edək ki, Kadi Borges ilə Riçard Almeyda cəza səbəbindən "Ferentsvaroş"la Bakıdakı matçda oynamayacaqlar. Onlar sarı vərəqə limitini keçdiklərinə görə cəzalı duruma düşüblər.