Çərşənbə axşamı "Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında "Lex"lə qarşılaşacaq. "Football-plus.az" xəbər verir ki, Poznan təmsilçisi sabah ölkəmizə təşrif buyuracaq. Polşalılar Bakıda dəstəksiz qalmayacaq. Bu məlumatı saytımıza açıqlamasında "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə verdi:
"Lex" azarkeşlər üçün 100 civarında bilet istəyib bizdən. Amma bu say arta bilər. Yalnız iki jurnalist akkreditasiyadan keçib. Onların da oyun üçün Bakıya gəlməsi gözlənilir".
İLKİN SULTANLI
"Lex"ə bax e!
Ölkə futbolu


