"Qarabağ"da 2 ciddi itki

28.07.2022 00:37 4 351
Manşet / Çempionlar Liqası
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanan “Qarabağ” itkilərlə üzləşib.

Football-plus.az
xəbər verir ki, Ağdam təmsilçisi növbəti mərhələnin ilk matçında Kadi Borges və Riçard Almeydanın xidmətindən istifadə edə bilməyəcək.

​Hər iki futbolçu “Sürix”lə cavab matçında (2:2) sarı vərəqə ilə cəzalanıblar. Bu oyunçular bu mövsüm sayca 3-cü "kartlar"ını alıblar. Bu səbəbdən də növbəti mərhələnin ilk oyununda meydana çıxmayacaqlar.

Qeyd edəki, "Qarabağ" bu raundda Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək.