“Məğlub olsaq da, yaxşı təsir bağışladıq” – Nicat Mehbalıyev

28.07.2022 17:50 516
Ölkə futbolu
“Sabah” iyulun 26-da Bolqarıstandakı təlim-məşq toplanışı çərçivəsində Cənubi Kiprin güclülər dəstəsində çıxış edən "Akritas Xlorakas"ı ilə qarşılaşıb.

Matç "bayquşlar"ın 2:3 hesablı məğlubiyyətiylə nəticələnib. Bakı təmsilçiisinin qollarını David Volkovla Anatoli Nuriyev vurub.

Qeyd edək ki, bu komandanın Bolqarıstanda 2-ci, yay toplanışı dönəmində isə 4-cü sınaq matçıdı.

Qarşılaşma ilə bağlı komandanın qapıçısı Nicat Mehbalıyev isə bunları söylədi:

"Artıq 11 gündü Bolqarıstandayıq. Hər şey qaydasındadı. Üzərimizdə çalışıb, performansımızı yüksəltmək üçün rəhbərlik lazımi şərait yaradıb. Qalanı özümüzdən asılıdı. Dünən növbəti yoxlama oyunumuzu keçirdik. Məğlub olsaq da, yaxşı təsir bağışladıq. Əsasən oyun planında “artırmağa” üstünlük veririk. Məqsədimiz ölkə çempionatına tam hazır olmaqdı. İddiamız böyükdü, bunun üçün çox çalışmalıyıq".


ABDULLA İSMAYILOĞLU