“İnanıram ki, çempionatın startına kimi tam hazır vəziyyətə gələcəyik” – Bəxtiyar Həsənalızadə

28.07.2022 22:38 450
Ölkə futbolu
“Sabah” iyulun 26-da Bolqarıstandakı təlim-məşq toplanışı çərçivəsində Cənubi Kiprin güclülər dəstəsində çıxış edən "Akritas Xlorakas"ı ilə qarşılaşıb.

Matç "bayquşlar"ın 2:3 hesablı məğlubiyyətiylə nəticələnib. Bakı təmsilçiisinin qollarını David Volkovla Anatoli Nuriyev vurub.

"Sabah" meydana bu heyətlə çıxıb: Nicat Mehbalıyev, Zurab Oçiqava, Elvin Camalov, Boyan Letiç, Abdulaye Ba, Amin Seydiyev, Aleksey İsayev, Kristian Sebalyos, Coy-Lens Mikels, Namik Ələskərov, David Volkov. İkinci hissədə Murad Musayev meydana aşağıdakı futbolçuları buraxıb: Aleksandr Neçayev, Bəxtiyar Həsənalızadə, Tellur Mütəllimov, Camal Cəfərov, İldar Ələkbərov, Seymur Məmmədov, İdris İnqilablı, Abdulla Xaibulayev, Anatoli Nuriyev, Ceyhun Nuriyev, Emmanuel Apeh.

Qeyd edək ki, bu komandanın Bolqarıstanda 2-ci, yay toplanışı dönəmində isə 4-cü sınaq matçıdı.

Son qarşılaşma ilə bağlı Bəxtiyar Həsənalızadənin təəssüratını öyrəndik:

"Təlim-məşq toplanışı öz axarıyla davam edir. Dünən burda ikinci yoxlama oyunumuzu keçirdik. Düzdü, məğlub olduq, amma hər kəsin bildiyi kimi, yoxlama matçlarında nəticə elə də önəmli olmur. Əsas olan öz səhvlərimizi görmək və onların üzərində çalışaraq rəsmi oyunlarda təkrarlamamaqdı. İnanıram ki, çempionatın startına kimi tam hazır vəziyyətə gələcəyik”.