Xviça Kvaratsxeliya bir neçə aydan sonra PSJ-ni tərk edə bilər.
"Football-plus.az" xəbər verir ki, onun Londona yollanmaq imkanı var. “Arsenal” heyətini gürcüstanlı futbolçu ilə gücləndirməyi planlaşdırır. İngiltərə klubunun rəhbərliyi planını gələn ilin yanvarında reallaşdırmaq istəyir.
Xviça PSJ-də 2025-ci ilin yanvarından çıxış edir. O, son iki mövsümdə Fransa klubu ilə Çempionlar Liqasının qalibi olub.
Kvaratsxeliya Londona nə vaxt yollana bilər?
Dünya futbolu





