• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Durarbəyli Teymur Rəcəbovu məsuliyyətsizlikdə qınadı

İdman

24-07-2022, 13:0

Azərbaycan şahmatının liderlərindən olan Teymur Rəcəbov millinin düşərgəsinə qoşulmaqdan imtina edib. 35 yaşlı qrossmeyster bu üzdən Şahmat Olimpiadasında iştirak etməyəcək. Onun əvəzinə yığmaya Nicat Abbasov cəlb olunub. Heyətdə həmçinin Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli yer alıb. Ədalət naminə qeyd edək ki, Rəcəbov bir neçə gün öncə keçirilən nüfuzlu beynəlxalq turnirin gedişində səhhətində yaranan problemə görə çıxışını yarımçıq dayandırmışdı...
Milli üzvü Vasif Durarbəyli "feysbuk" səhifəsində paylaşım edərək Teymuru qınayıb: "Komanda yoldaşı ilə problem olmasın deyə uzun müddətdi bu mövzuda yazmaqdan yayınırdım. Düşünürdüm ki, birdən Teymur Rəcəbov fikrini dəyişər və millidə oynayar. Amma bu baş vermədi. Adının nə qoyulacağını tezliklə bilərik. Bu dəfə Azərbaycanın ilk olimpiya medalı qazanmaq üçün tarixi şansı yaranmışdı. Prinsipcə, hələ də itməyib, lakin açıq danışmaq lazımdısa, Azərbaycanda Rəcəbovu əvəzləyəcək şahmatçı yoxdu və onun yarışa getməməsi medal şansını xeyli azaltdı. Bu məqamda xatırlatmaq yerinə düşər ki, Rəcəbovun hazırkı mövqeyə yüksəlməsi üçün dövlət milyonlar xərcləyib. Təbii ki, belə borcu ödəmək mümkünsüzdü. Fəqət, ən azı fərdi mübarizə davam etdiyin müddətdə yığmada oynamaq şərtdi. Şəxsi turnirlərdə hər kəs sırf öz mənfəəti, yığmada isə ümumi xeyir üçün iştirak edir.
Kimi Məmməd Arazın "Vətən mən oğul desə, nə dərdim. Mamır olub qayasında bitərdim" kəlamını əyani həyatımızda nümayiş etdirir, kimi də Rəcəbov kimi milyonlarla yatırım alır, amma sonsuz mənəvi məsuliyyətinin olduğunu, görünür, dərk etmir. 2019-cu ildə son anda yorğunluğu bəhanə edib, komandanı yarıyolda qoymaq, 2021-də 8 oyunda mübarizəsiz heç-heçələr etmək, indiki imtina və hələ bildiyim, amma bölüşmədiyim bir çox qeyri-ictimai məlumatlar mənə bunu deməyə əsas verir. Qısası, məncə, Rəcəbov ikiəli qandalda olsa belə, özünü bu Olimpiadaya çatdırmalı idi! Bunu etmədiyinə görə də onu qınayıram".
İyulun 21-nə təsadüf edən bu olay rezonans doğurduğundan Teymur Rəcəbovun cavabı da gecikmədi. 35 yaşlı qrosmeyster açıq məktubla idman ictimaiyyətinə müraciət etdi: “Mən bütün şüurlu həyatımı şahmata, həm fərdi, həm də komanda yarışlarında ölkəm - doğma Azərbaycanım üçün oynamağa həsr etmişəm. Şahmat karyeram ərzində əldə etdiyim nailiyyətləri sadalamaq istərdim:
- Gənclər arasında Avropa çempionatında 4 qızıl medal, onlardan birini 12 yaşımda 18 yaşa qədər kateqoriyada qazanmışam. Bu nəticə indiyədək təkrarlanmayan rekord olaraq qalır. Yeniyetmələr arasında dünya çempionatının qızıl medalı.
- 14 yaşında beynəlxalq qrosmeyster və kişilər arasında FİDE-nin dünya reytinq siyahısında ilk “100-lüy”ə daxil olan ən gənc şahmatçı kimi tarixə düşdüm. 15 yaşında Linaresdə keçirilən turnirdə həmin vaxtlar dünya reytinqində birinci olan Harri Kasparovu məğlub etdim. Həmin il Ruslan Ponomaryovla Vişvanatan Ananda qalib gəlməklə tarixdə bir il ərzində üç dünya çempionunu məğlub edən ilk şahmatçı oldum.
- Dünya yığmasının heyətində Rusiyaya qarşı tarixi matçda qələbə sevinci yaşadım. 2002-ci ildə Rusiya komandasının tərkibində Kasparov, Kramnik, Karpov və başqa ən yaxşı şahmatçılar çıxış edirdi.
- Kişilər arasında dünya çempionatının bürünc mükafatçısı, Liviya 2004.
- 2005-ci ildə kişilər arasında Avropa çempionatının gümüş mükafatçısı.
- Çempionlar Kubokunun beşqat qalibiyəm. Həmçinin “SOCAR Azərbaycan” klubunun üzvü kimi Çempionlar Kubokunda birincilik əldə etmişəm.
- Bir çox beynəlxalq superturnirlərin, “Qran-pri” seriyalı yarışların qalibi və 2015-ci ildə Berlində keçirilən sürətli şahmat üzrə dünya çempionatının bürünc mükafatçısıyam.
- 2019-cu ildə gərgin mübarizədə finalda dünyanın reytinq üzrə ikinci şahmatçısı, çinli Dinq Lireni məğlub edərək Dünya Kubokunda ölkəmizə qızıl gətirməyi bacardım. Həmin ilin yekunlarına görə Azərbaycanın ən yaxşı idmançısı (“Futbol+”in ümummilli sorğusunun nəticəsinə əsasən – red.) kimi tanındım.
- 2021-ci ildə Maqnus Karlsenin “Championship Tour” silsiləsindən “Airthings Masters” turnirinin finalında gərgin mübarizənin yekununda Levon Aronyanı məğlub edərək yarışın qalibi oldum.
- “Championship Tour” yarışının final turnirində dünya çempionu Maqnus Karlsendən sonra ikinci olmaqla mötəbər yarışda ikinci yeri tutdum.
- 2022-ci ildə Madriddə dünya şahmat tacına iddialı 8 ən yaxşı şahmatçının iştirak etdiyi İddiaçıların turnirində üçüncü yeri tutaraq ölkəmə bürünc medal qazandırdım.
İlk dəfə 2001-ci ildə, 14 yaşım olanda millidə oynamağa başladım və bu günə qədər bir çox fiziki, psixoloji və başqa problemlərə baxmayaraq, ölkəm və xalqım üçün oynamışam. Azərbaycan millisinin tərkibində üçqat Avropa çempionu oldum. 30 ildən artıqdı ki, şahmatda ölkəm üçün oynayıram, onun maraqlarını beynəlxalq arenada, şahmatda və ondan kənarda müdafiə edirəm, xalqımızın mənafeyini qoruyuram və bütün gücümlə dövlətimizin bayrağını yüksəklərə qaldırmağa çalışıram. İndi isə səhhətimə görə məcburi – “fors-major” vəziyyətdə Olimpiadada iştirak etməməyimlə bağlı vəziyyəti izah etmək istərdim. Uzun müddətdi müalicə üçün dərman qəbul edirəm, şiddətli fiziki ağrılar yaşayıram. İstənilən peşəkar şahmatçının həyatında və karyerasında əsas yarış olan İddiaçıların turniri gözlənildiyi kimi, mənim üçün fiziki və psixoloji sağlamlığımı tam pozan ən çətin sınaq oldu. Həmçinin turnirdən qayıdandan sonra yüksək hərarət, ağır öskürək və post-COVID sindromu ilə ağırlaşmalara səbəb olan COVID-19 xəstəliyinə tutuldum. Səhhətimin hazırkı durumunda milli komandaya xeyir verə bilmərəm, bir müddət bərpa olunmağa məcburam. Nəzərinizə çatdırım ki, həkimlər bir neçə ay ərzində ambulator müalicəni tövsiyə etməklə psixo-emosional stresi qadağan edib.
Peşəkar şahmata qayıtmaq və gələcəkdə ölkəmin milli komandasına xeyir vermək üçün hər şeyi edəcəm. Yığmadakı bütün yoldaşlarıma qarşıdan gələn Olimpiadada uğurlar arzulayıram. Onlara azarkeşlik edərək bütün görüşləri izləyəcəm və birgə həyəcanlanacam. Ümid edirəm ki, yenidən Azərbaycan millisində yüksək səviyyədə yarışa biləcəm”.
Qeyd edək ki, 44-cü Şahmat Olimpiadası bu il iyulun 28-dən avqustun 10-dək Hindistanın Çennay şəhərində keçiriləcək.

Paylaş:
Digər xəbərlər

Aktual / İdman

21-07-2022, 13:0

Komanda yoldaşı millidən imtina edən idmançını tənqid etdi - "Mənəvi məsuliyyəti dərk etmir"

İdman

21-07-2022, 13:0

Teymur Rəcəbov millidən imtina etdi

İdman

1-06-2022, 12:0

Bu şahmatçılar Azərbaycanı Hindistanda təmsil edəcəklər

İdman

29-04-2022, 10:0

Teymur Rəcəbovun İddiaçılar turnirində görüşlərinin təqvimi açıqlandı

İdman

4-06-2022, 10:0

Teymur və Şəhriyardan qələbə

İdman

1-06-2022, 11:0

Teymur 13-cü, Şəhriyar 14-cü

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Dünən, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Dünən, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Dünən, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Dünən, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Dünən, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Dünən, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Dünən, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Dünən, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Dünən, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Dünən, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Dünən, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • 2-08-2026, 23:0
    Ramik yeni mövsümə qolla başladı!
  • 2-08-2026, 22:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 2-08-2026, 22:0
    Almaniyada klubunu dəyişdi
  • 2-08-2026, 21:0
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 177
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə