Teymur Rəcəbov millidən imtina etdi

21.07.2022 13:02 388
İdman
Teymur Rəcəbov Dünya Şahmat Olimpiadasında Azərbaycan yığmasının tərkibində yer almayacaq.

"Football-plus.az" xəbər verir ki, qrossmeyster Olimpiadada oynamaqdan imtina edib.

Teymuru 2-ci lövhədə Nicat Abbasov əvəzləyəcək. Şəhriyar Məmmədyarov 1-ci, Qədir Hüseynov 3-cü, Rauf Məmmədov 4-cü, Vasif Durarbəyli 5-ci lövhədə yer alacaq.