Azərbaycan Şahmat Federasiyası 44-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının heyətini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, kişilərdən ibarət yığmaya Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli cəlb olunub. Nicat Abasov kapitan , Eltac Səfərli isə məşqçi kimi Hindistana yollanacaq.
Qadınlardan ibarət milliyə Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva dəvət olunub. Nicat Məmmədov kapitan, Fikrət Sideifzadə ilə Cahangir Ağarəhimov isə məşqçi kimi komandaya kömək edəcək.
Qeyd edək ki, 44-cü Ümumdünya Şahmat Olimpiadası Hindistanın Çennai şəhərində keçiriləcək. İyulun 28-də start götürəcək olimpiada avqustun 10-da yekunlaşacaq.