Norveçin Stavanger şəhərindəki şahmat üzrə "Norway Chess" turniri davam edir.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yarışın əsas mərhələsində növbəti görüşlərini keçiriblər. Məmmədyarov turnirin dördüncü günündə çinli Van Haonu qara fiqurlarla məğlub edib və 7 xalla 4-cü pillədə qərarlaşıb.
Fransalı Maksim Vaşye-Laqravla ağ fiqurlarla heç-heçəyə razılaşan Rəcəbov isə ikinci görüşdə rəqibini məğlub etməyi bacarıb. 3 xala malik olan 35 yaşlı qrossmeyster hazırda 8-cı sıradadı.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.