• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi”də Samir Abasovun qoyduğu mirasdan əsər-əlamət qalmayıb”

Aktual

24-07-2022, 13:0

Konfrans Liqasındakı oyunlar Azərbaycan klubları üçün uğursuz alındı. Bir gündə üç məğlubiyyətə fiasko da demək olar. Bəs son məğlubiyyətlər haqda Aslan Kərimov nə düşünür?
“İlk oyunu “Zirə” keçirdi. Komanda hələ qarşılaşmanın əvvəlində həyəcanlı görünürdü. Bunu əvvəl də demişdim, “Zirə” Konfrans Liqasına vəsiqə qazanmaqla bəlkə də bacardığından daha artığını edib. Oyunçuların fərdi keyfiyyəti və təcrübəsizliyi, ilk dəfə Avropa turnirində çıxış etmələri özünü göstərdi. Eyni zamanda, “Zirə” avrokuboklarda çıxış edən Azərbaycan komandalarından “Qarabağ” da daxil olmaqla ən güclü rəqibə qarşı oynayırdı. Görüşün ilk dəqiqələrindən rəqibin yüksək pressinqi görünürdü. Bu da onunla nəticələndi ki, futbolçular səhv etməyə başladılar. Rəqib də bundan yararlandı. “Zirə” pis oynadığına yox, müəyyən səhvlərə görə uduzdu. Bu da normal idi. Əslində komandanın düşünülmüş hücumları da oldu. Güclü rəqibə qarşı əlverişli imkanlar yaratdılar. Təxminən 3-4 qol epizodu oldu. Rəqib şanslarından təcrübəsi hesabına istifadə etdi. Amma təmsilçimizin oyunçuları təcrübəsizliyə görə epizodları dəyərləndirə bilmədi. Əlbəttə, cavab oyunu da çox ağır olacaq. Amma bu bir məktəbdi, futbolçularımız təcrübə yığır. Bəli, mərhələni keçmək inandırıcı görünmür. Düzdü, futbolda hər şey ola bilər, amma “Makkabi” cütün aşkar qalibi kimi görünür. “Qəbələ” isə məni əməlli-başlı təəccübləndirdi. İlk hissədə açıq futbol nümayiş etdirməsi, rəqibdən qorxmamasının nəticəsi idi ki, qol da vurdular. Yəni mən belə oyun gözləmirdim. Amma ikinci hissədə komandanın etdiyi səhvlər, yorğunluq, bundan sonra qırmızı vərəqənin olması “Qəbələ”nin qollar buraxmasını şərtləndirdi. Bəlkə də Elmar Baxşıyevin ehtiyatı çatmadı ki, ikinci yarıda dəyişikliklərlə komandanı toparlasın. Bu hesabdan sonra təmsilçimizin Qəbələdə işi çox çətin olacaq. Komandanın mərhələ keçəcəyi çətin görünür. “Neftçi” də məni təəccübləndirdi. Amma mənfi mənada. Təxminən son 15-20 dəqiqədə normal futbola oxşar bir şey gördük, hücum qurmağa çalışdılar. Amma ona qədər daha çox uzun ötürmələrlə oynayırdılar. Bilmirəm, bu məşqçinin göstərişi idi, yoxsa oyunçular hələ onun nə istədiyini bilmirlər. Səbəblər fərli ola bilər. Amma gözümüzün önündə olan odu ki, “Neftçi”də Samir Abasovun qoyduğu mirasdan, demək olar, əsər-əlamət qalmayıb. Ola bilər ki, bəzi oyunçular keyfiyyətlidi. Amma oyun baxımından o keyfiyyət görünmədi. Yenə deyirəm, komanda Samir Abasovun dövründə, çempionatın son matçlarında zəifləsə də, oyun üslubu görünürdü, keyfiyyət var idi. “Aris”lə qarşılaşmada isə onu görə bilmədik. Bəlkə də hələ tezdi. Amma təlim-məşq toplanışında yetərincə vaxtları olub. “Neftçi”nin bu mərhələni keçəcəyinə inanmağım gəlmir. Amma elə də böyük hesab deyil. Bəlkə də azarkeşlərin gücü, Bakının istisi ilə bu komandaya qalib gələ bilərlər. Lakin belə oyunla mərhələ keçəcəklərinə inanmıram”.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

14-05-2022, 11:0

Tərlan Əhmədov: "Qəbələ" bütün komandalara qarşı eyni taktikanı, oyun üslubunu sərgiləyir" - AÇIQLAMA

Premyer-liqa / Manşet

13-05-2022, 22:0

Şahin Diniyev: "Sabah" ilə "Qəbələ" haqda nəsə demək çox çətindi" - AÇIQLAMA

Konfrans Liqası

23-06-2022, 16:0

"Zirə"nin Konfrans Liqasındakı ilk oyunlarının vaxtı bəlli oldu

Premyer-liqa

22-07-2022, 16:0

Azərbaycan premyer-liqasında yeni mövsümün təqvimi açıqlandı

Aktual
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
Son xəbərlər
  • Bu gün, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Bu gün, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Bu gün, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Bu gün, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Bu gün, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
  • Dünən, 17:59
    Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov
  • Dünən, 17:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:57
    Nihat Kahvecinin və türk dünyasının göz yaşları... - DÇ təəssüratı
  • Dünən, 16:27
    Ayxan Hüseynov "Zirə"də
  • Dünən, 15:56
    "Xankəndi" üç futbolçu ilə yolları ayırdı
  • Dünən, 15:32
    UFC həyəcanı Dənizkənarı Bulvarda: açıq məşq və fan-zona təşkil olunacaq
  • Dünən, 15:13
    Azər Məmmədov yenidən "Kəpəz"in baş məşqçisi oldu
  • Dünən, 14:59
    Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
  • Dünən, 14:38
    "Real"ın yetirməsi "Araz-Naxçıvan"da
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 244
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 229
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 206
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 201
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 197
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə