Bunun üçün AFFA-nın baş katibliyi və PFL tərəfindən meyarlar hazırlanıb. Qərara əsasən meyarlara tam uyğun olan sənədləri AFFA-ya ən tez təqdim edən klubun 1-ci divizionda iştirakı təsdiq ediləcək.
Region Liqasının iddialı komandalarından “Qobustan” meyarlara uyğun sənədləri AFFA-ya təqdim edib: Bu haqda məlumat almaq üçün klubun vitse-prezidenti Taleh Gülməmmədovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“11 meyardan 9-nu hazır etmişik. İkisi qalıb ki, onlardan da biri sponsor məsələsidi. Bununla bağlı da hazırda danışıqlar gedir. Vaxtımız da az qalıb. İnşallah, 2 gün ərzində biri təsdiqlənəcək. Bir də stadionla bağlı müqavilə bağlanmalıdı. Hələ ki planda Binə və Lökbatandakı stadionu icarəyə götürmək var. Lakin hələ dəqiq bilmirik. İnşallah, 2 günə dəqiqləşəcək”.
ŞAİR ABDULLA






