Kundenin yolu haradı?

23.07.2022 15:21 310
Dünya futbolu
Jül Kundenin bu yay “Sevilya”nı tərk etmək ehtimalı qalır.

Football-plus.az xəbər verir ki, fransız futbolçunun karyerasını “Barselona”da davam etdirəcəyi gözlənilirdi. Lakin son xəbərlərdə onun “Çelsi”yə üz tutacağı iddia edilir. “Diario Sport”un məlumatına görə, bu barədə İspaniya klubunun prezidenti Xuan Laporta bildirib. O, “Kunde ilə müqavilə imzalamayacağıq. Çünki o, “Çelsi”yə keçir” açıqlamasını verib.

23 yaşlı müdafiəçi “Sevilya”da 2019-cu ildən oynayır.