"Sevilya"nın futbolçusu Jul Kunde karyerasını "Barselona"da davam etdirə bilər.
"Football-plus.az" xəbər verir ki, Kataloniya klubu Jerar Pikeyə əvəzləyici axtarışındadır. Əsas namizəd isə "Sevilya"nın fransız mərkəz müdafiəçisi Jul Kundedir. Katalonların baş məşqçisi Xavi şəxsən özü onun transferində israrlıdı.
Kunde 2019-cu ildə "Bordo"dan "Sevilya"ya keçib.