Sesar Aspilikuetanın bu yay “Çelsi”ni tərk etmək ehtimalı qalır.
İngiltərə klubu müdafiəçinin satış qiymətini müəyyən edib. “Evening Standard”ın yaydığı xəbərə görə, London klubu 32 yaşlı futbolçunun transferi üçün ən azı 7 milyon funt sterlinq qazanmağı planlaşdırır. Aspilikuetanın artıq “Barselona” ilə ikiillik müqavilə imzaladığı iddia edilir. Hazırda klublar arasında danışıqlar aparılır.
Qeyd edək ki, İspaniya klubu Aspilikuetanı bu yay azad agent kimi sıralarına qatmaq istəyirdi. Lakin “Çelsi” təcrübəli futbolçunun müqaviləsindəki müddətin daha birillik uzadılması ilə bağlı bəndi aktivləşdirib.