Türkiyə klubu 18 yaşlı hücumçu transfer etdi

22.07.2022 15:59 363
Dünya futbolu
Türkiyənin "Adana Demirspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Super Liqa təmsilçisi Gürcüstanın "Televi" klubundan Giorgi Xabulianini transfer edib. Məlumatı klubun mətbuat xidməti yayıb.

"Mavi şimşəklər" 18 yaşlı gücrüstanlı hücumçu ilə 3 illik müqavilə imzalayıb.

Giorgi Xabuliani 2021-ci ilin yanvar ayından "Telavi"də çıxış edirdi. Gənc forvard cari mövsümdə komandanın heyətində meydana çıxdığı 15 matçda 2 qol vurub.