Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, İstanbul təmsilçisi "Vulverhempton"dan ayrılan Romen Saissi rənglərinə bağlayıb. Bu barədə "qara qartallar"ın mətbuat xidməti məlumat yayıb.
Mərakeş millisinin üzvü Super Liqa klubu üçün tibbi müayinədən keçib. Onunla rəsmi müqavilə imzalanacaq.
Romen Saiss "Vulverhempton"a 2016-cı ilin yayında "Anje"dən transfer olunub. 32 yaşlı mərkəz müdafiəçisi başa çatan mövsümdə İngiltərə klubunun heyətində meydana çıxdığı 32 matçda 3 qol vurub.