Dzyuba "Fənərbağça"ya keçə bilər

9.06.2022 16:47 545
Dünya futbolu
Rusiyalı hücumçu Artyom Dzyuba "Fənərbağça"ya keçə bilər.

"Football-plus.az" xəbər verir ki, 33 yaşlı futbolçu İstanbuldadır və "bülbüllər"lə danışıqlar aparır. Bu barədə rus jurnalist Dmitri Şnyakin məlumat yayıb.

Dzyuba "Fənər"dən illik 2 milyon avro maaş tələb edib. Türkiyə klubu bu məbləği aşağı salmağa çalışır.

Son klubu "Zenit" olan forvard hazırda azad agentdi.