Ağasəlim Mircavadov əsas şərti açıqladı

19.07.2022 16:34 524
Aktual / Manşet
Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qarabağ" - "Sürix" matçı keçiriləcək.


"Football-plus.az" saytı olaraq 20.00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq görüşlə bağlı mütəxəssis fikri öyrəndik. Ağasəlim Mircavadovu dinləyək:

"Sürix" kimi komanda ilə oyundan əvvəl kəşfiyyat işləri aparmaq, rəqibi dərindən təhlil edərək, zəif-güclü tərəflərindən xəbərdar olmaq əsas şərtdi. Əminəm ki, Qurban Qurbanov rəqibi yaxşı təhlil edib. İsveçrə çempionuna qarşı oyunda aqressiv və diqqətli oynamaq lazımdı. Müdafidə komanda şəklində kompakt oynamaq şərtdi. Hazırda "Qarabağ" tonusdadı. Bu tempi qorumalıdı. Doğma meydan və “12-ci oyunçu” prinsipini də nəzərə alsaq, "köhlən atlar"ın bu gün qələbə qazanacağına ümid edirəm".


ABDULLA İSMAYILOĞLU