UEFA tələb etdi: "Qarabağ" - "Sürix" matçında bundan istifadə olunmalıdı

19.07.2022 13:34 4 217
Çempionlar Liqası
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ" - "Sürix" oyunundan sonra keçiriləcək mətbuat konfransına giriş üçün maraqlı tələb qoyulub.

Football-plus.az Ağdam təmsilçisinin saytına istinadən xəbər verir ki, UEFA-nın tələbinə əsasən,tədbirdə iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidi.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20.00-da başlayacaq.