Superliqa klubu millimizin üzvü ilə maraqlanır

19.07.2022 13:07 671
Ölkə futbolu / Manşet
Azərbaycan millisinin üzvü Mərt Çəlik karyerasını Türkiyədə davam etdirə bilər.


Football-plus.az xəbər verir ki, müdafiəçi ilə superliqa təmsilçisi maraqlanır. Söhbət "Sivasspor"dan gedir. Bu məlumatı türkiyəli jurnalist Osman Cengiz yayıb.

Həmkarımızın sözlərinə görə, "Adanaspor"la "Neftçi" də futbolçunu "İstanbul BB"dən transfer etmək istəyir.