Millimizin üzvü superliqa klubunun hədəfində - İDDİA

6.05.2022 12:12 946
Dünya futbolu / Manşet
Namik Ələskərov Türkiyədə daha bir klubun diqqət mərkəzinə düşüb.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü ilə "Ankaragücü" yaxından maraqlanır. Bu məlumatı Türkiyə mətbuatı yayıb.

Bu mövsüm super yüksələn paytaxt təmsilçisi təcrübəli oyunçunu heyətinə qatmaq istəyir.

Ələskərovun “Bursaspor”la 2023-cü ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, yaxın günlərdə futbolçunun meneceri Vaqif Heydərli mövsümün sonuna kimi heç bir klubla danışıq aparmayacaqlarını dilə gətirmişdi.