"Sabah"ın futbolçusu Türkiyə klubunun hədəfində - İDDİA

9.05.2022 14:24 1 311
Premyer-liqa / Manşet
Daha bir azərbaycanlı futbolçu karyerasını Türkiyədə davam etdirə bilər.

“Football-plus.az” xəbər verir ki, Amin Seydiyevlə superliqa təmsilçisi “Hatayspor” yaxından maraqlanır. Bu məlumatı “Hataysocailmedya” saytı yayıb.

Qeyd edək ki, Amin Seydiyev bu mövsüm “Sabah”ın heyətində 28 matçda meydanda olub. Müdafiəçi bu görüşlərdə 1 qol vurub, 2 assist edib.