Dünya futbolu şokda! Məşhur hücumçuda xərçəng aşkarlandı

19.07.2022 03:05 884
Dünya futbolu / Günün xəbəri
Dortmund "Borussiya"sında şok yaşanıb.

Football-plus.az xəbər verir ki, bundesliqa təmsilçisi ciddi itki ilə üzləşib. "Sarı-qaralar"ın yeni transferi Sebasten Alledə xərçəng aşkarlanıb. 28 yaşlı hücumçu dünən səhər məşqində özünü pis hiss edib. Həkimlərin müdaxiləsindən sonra futbolçunun xayasinda şiş aşkarlanıb. Bu səbəbdən də hücumçu "Borussiya"nın İsveçrənin Bad Razaq şəhərindəki təlim-məşq toplanışı tərk edərək Dortmunda yollanıb.

Məsələ ilə bağlı klubun rəsmi saytı məlumat yayıb. "Borussiya"nın idman direktoru Sebastyan Kel məsələyə belə aydınlıq gətirib:

“Bu xəbər Alle və bizim hamımız üçün şok oldu. Bütün "Borussiya" (Dortmund) ailəsi olaraq futbolçumuzun mümkün qədər tez sağalmasını və tezliklə onu yenidən qucaqlaya biləcəyimizi arzulayırıq. Biz onun mümkün olan ən yaxşı müalicəni alması üçün əlimizdən gələni edəcəyik”


Qeyd edək ki, Alle yay fasiləsi dönəmində "Ayaks"dan 31 milyon avro qarşılığında transfer olunub.