Bu gecə Bakını tərk edəcəklər - AÇIQLAMA

16.07.2022 21:10 579
Ölkə futbolu
"Sabah" təlim-məşq toplanışının 1-ci mərhələsini tamamladı. Qarşıdan Bolqarıstan səfəri gəlir.

"Football-plus.az" saytı olaraq, klubun mətbuat katibi Elnur Həmidovun Bolqarıstan səfəri ilə bağlı fikrini öyrəndik:

"Komandamız təlim-məşq toplanışının ilk mərhələsini yekunlaşdırdı. Hazırda Bolqarıstan səfərinə hazırlaşırıq. Komanda bu gecə Bolqarıstana uçacaq və səhər saatlarında təyinat yerinə çatacaq. İyulun 31-nə kimi Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışının 2-ci mərhələsini keçirəcəyik".

ABDULLA İSMAYILOĞLU