• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Burda erməni azdı, olanlar da yerlilərlə qaynayıb-qarışıb, beyinlərində “Böyük Ermənistan” zəhəri yox kimidi" - MÜSAHİBƏ

Aktual / Manşet

17-07-2022, 11:0

“Lex”i məğlub edərək Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksələn “Qarabağ”ı daha bir sınaq gözləyir.

Ağdamlılar çərşənbə axşamı “Sürix”lə üz-üzə gələcək. “Köhlən atlar” ötən mövsüm İsveçrəyə səfər edib. Qurban Qurbanovun komandası Konfrans Liqasının qrupunda “Bazel”ə qarşı oynayıb və 0:3 hesabı ilə məğlub olub. Həmin görüş azarkeşlik baxımından olduqca sakit keçmişdi. Görəsən, indi İsveçrədə “Qarabağ”ı hansı sürprizlər gözləyir? Ağdam klubunu Sürixdə dəstəkləyən olacaqmı? Komanda hansı problemlərlə üzləşə bilər? Bu və başqa məqamları öyrənmək üçün Sürix Miqrasiya təşkilatının əməkdaşı, İsveçrədə yaşayan azərbaycanlı Hacı Hacılı ilə əlaqə saxladıq. Söhbətdə bizim üçün qaranlıq qalan məsələlərə aydınlıq gətirməyə çalışdıq.

- Yəqin xəbəriz var, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"la "Sürix" oynayacaq. İlk oyun Bakıda, cavab görüşü Sürixdə keçiriləcək. İsveçrə mediasında, ictimaiyyət arasında oyunla bağlı nələr danışılır? Ümumiyyətlə, görüşə maraq var?
- Hələlik nəsə danışılmır. Amma bu mövzunun oyundan bir neçə gün öncə gündəmi zəbt edəcəyinə heç bir şübhəm yoxdu.

- İsveçrədəki azərbaycanlılarla əlaqəniz var. Stadionda "Qarabağ"ı dəstəkləyənlərolacaq?
- Azərbaycanlılarla əlaqəm zəif olsa da, xeyli həmyerlimizin oyuna stadionda tamaşa edəcəyini bəribaşdan bilirəm. Belə məsələlər bir yerə toplaşmaq üçün həmişə müsbət rol oynayıb. Hərçənd bəzi oyunlar insidentsiz də ötüşməyib.

- Yaxşı məqama toxunduz. Qarabağ adı bəziləri üçün həmişə ağır dərd olub. Komandamızın Avropadakı oyunlarında insidentlər baş verib. Yenə belə hallar yaşana bilər? Ermənilər Sürixdə çoxdu? Onlar problem yarada bilər?
- Yox! Burda erməni azdı, olanlar da yerlilərlə qaynayıb-qarışıb, beyinlərində “Böyük Ermənistan” zəhəri yox kimidi. Nəticə etibarı ilə siyasi fəallıqları da hiss olunmur. İnsident deyəndə başqa şeyi - özümüzkülər arasında “kim Qarabağı daha çox sevir” yarışının qaba nəticələrini nəzərdə tutmuşdum.

- Dediz ki, Sürixdəki oyunu izləməyə çoxlu azərbaycanlı gələcək. Bununla bağlı hansısa təşkilatlanma işləri görülür?
- Nə qədər güclü təşkil olunduğunu deyə bilmərəm, amma bəzi tanışlardan bu istiqamətdə addımlar atılması, məsələn, biletlərin təşkili haqda eşitmişəm. Sağlıq olsun, nəticə oyunun gedişində bilinəcək.

- "Sürix"in azarkeşləri necədi? Düşünürsüz ki, yerli fanatlar "Qarabağ"la oyuna maraq göstərəcək?
- “Sürix”in çox çılğın fanatları var. Amma onlar daha çox çempionat matçlarında canfəşanlıq edir, bəzən dava-dalaş həddinə çatan qarşıdurmalara səbəbkar olurlar. Beynəlxalq yarışlarda isə özlərini təmkinli aparırlar.

- Bəzi platformalarda “Sürix”in büdcəsini 42 milyon avro göstərirlər. Bu haqda məlumatınız var? Kluba İsveçrədə dəstək olan hansısa şirkət və ya qurum var?
- Cavab verməyə çətinlik çəkirəm. Çünki heç bir məlumatım yoxdu.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

14-07-2022, 11:0

"Qarabağ"ın oyunu yenə birinci oldu - Çempionlar Liqası

Dünya futbolu

16-07-2022, 22:0

"Qarabağ"ın rəqibi ilk turda darmadağın oldu

Aktual / Manşet

16-07-2022, 17:0

"Qarabağ" - "Sürix" matçında anşlaq olacaq: 2 günə bu qədər bilet satıldı

Çempionlar Liqası

15-07-2022, 13:0

Bu 2 futbolçu "Qarabağ"ın rəqibi üçün lazım olmadı - RƏSMİ

Çempionlar Liqası

15-07-2022, 14:0

"Sürix" "Qarabağ" üçün 20 futbolçu sifariş etdi - SİYAHI

Çempionlar Liqası

13-07-2022, 14:0

"Sürix" - "Qarabağ" matçını niderlandlı idarə edəcək

Aktual
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
Son xəbərlər
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Dünən, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 208
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 176
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə