"Qarabağ"ın rəqibi ilk turda darmadağın oldu

16.07.2022 22:34 461
Dünya futbolu
İsveçrə çempionatında 2022/2023 mövsümünə start verilib.

"Football-plus.az" xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Sürix” ilk turda səfərdə “Yanq Boyz”la qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.

“Qarabağ” “Sürix”lə ilk oyunu iyulun 19-da Bakıda keçirəcək. Cavab matçı iyulun 27-də İsveçrədə olacaq.