Bu 2 futbolçu "Qarabağ"ın rəqibi üçün lazım olmadı - RƏSMİ

15.07.2022 13:08 449
Çempionlar Liqası
Son İsveçrə çempionu "Sürix" iki futbolçusunu icarəye verib.

Football-plus.az xəbər verir ki, müdafiəçi Silvan Vallner və yarımmüdafiəçi Nils Rayxmutu bu mövsüm "Vill"də çıxış edəcəklər. Məlumatı klubun rəsmi saytı yayıb.

Hər iki oyunçu adıçəkilən kollektivin yetirməsidi. Onlar 2020-ci ilin yayında əsas komandaya cəlb ediliblər.

Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ" "Sürix"lə qarşılaşacaq. İlk oyun iyulun 19-da Bakıda, cavab matçı isə ayın 27-də İsveçrədə olacaq