"Mançester Yunayted" "Ayaks"ın futbolçusunu transfer etdi

15.07.2022 18:35 404
Dünya futbolu
"Ayaks"ın müdafiəçisi Lisandro Martinez karyerasını "Mançester Yunayted"də davam etdirəcək.

"Football-plus az" xəbər verir ki, bu barədə italyan jurnalist Fabrisio Romano məlumat yayıb. O bildirib ki, tərəflər bu keçidlə bağlı razılıq əldə edib.

Martines "Mançester Yunayted"lə 5 illik müqavilə imzalayacaq. "Qırmızı şeytanlar" onun üçün "Ayaks"a 55 milyon avro ödəyəcək.