"Ayaks" yeni baş məşqçisini təqdim etdi

22.06.2022 14:10 340
Dünya futbolu
Niderlandın "Ayaks" klubu yeni baş məşqçisini təqdim edib.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, Alfred Sxröderlə 2+1 illik müqavilə imzalanıb.

50 yaşlı mütəxəssis bu postda "Mançester Yunayted"in sükanı arxasına keçən Erik ten Haqı əvəzləyib.

Alfredin son klubu Belçika "Brügge"si olub.