"Mançester Yunayted"də yeni baş məşqçi

6.04.2022 22:30 457
Dünya futbolu
"Mançester Yunayted"in yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə yerli mətbuat xəbər yayıb. Növbəti mövsümdən komandaya Erik ten Haq rəhbərlik edəcək. Hazırda "Ayaks"ı çalışdıran mütəxəssislə ilkin razılıq əldə olunub. Klub rəhbərliyi 52 yaşlı baş məşqçini bu vəzifəyə ən layiqli namizəd düşünür.