Erlinq Holann bombardirlik bacarığını davam etdirir.
“Mançester Siti”nin hücumçusu Çempionlar Liqasının (ÇL) bombardirlərinin siyahısında Tomas Mülleri arxada qoyub. Erlinq ÇL-in liqa mərhələsinin 1-ci turunda “Portu” ilə oyunda dubl edərək qollarının sayını 59-a çatdırıb. Norveçli futbolçu bu göstəriciyə turnirdə keçirdiyi 59 oyunda nail olub.
Holann “Bavariya”nın keçmiş oyunçusu Mülleri (57 qol) arxada qoyub və turnirin ən məhsuldar futbolçularının siyahısında 7-ci yerə yüksəlib.
Siyahının 6-cı pilləsini “Real”ın hücumçusu Kilian Mbappe tutur. Fransalı futbolçu 99 oyuna 71 qol vurub. ÇL-in ən yaxşı bombardiri isə 140 qol vuran Kriştiano Ronaldodu.
O, ÇL-də 7-ci yerə yüksəldi
Dünya futbolu





